BMU-da sərgi-təqdimat keçiriləcək

22 Fevral 2024
BMU-da sərgi-təqdimat keçiriləcək

Bakı Mühəndislik Universitetinin (BMU) Avtomatika, telekommunikasiya və energetika kafedrasının 5 illiyinə həsr olunmuş “Mühəndis hazırlığında nəzəri biliklərlə yanaşı praktiki bacarıqların rolu” mövzusunda sərgi-təqdimat mərasimi keçiriləcək.

23 fevral 2024-cü il tarixində saat 14:00-da universitetin yeni binasının 003 saylı auditoriyasında baş tutacaq tədbirdə tələbələrin hazırladıqları qurğuların və maketlərin təqdimatı olacaq.

Universitetin professor-müəllim heyətini, tələbələri sərgidə iştiraka dəvət edirik.

ATE kafedrası

Digər elanlar