Fevral ayının 22-də saat 13:00-17:00 arasında Bakı Mühəndislik Universitetinin (BMU) yeni tədris korpusunun Akt zalında “ROHDE und SCHVVARZ” günü” adlı seminar keçiriləcək.
“ROHDE und SCHVVARZ-radiotexnika sahəsində 90 illk innovasiyalar” devizi altında təşkil olunan seminar Almaniyanın məşhur transmilli şirkətinin yubileyinə və BMU-nun Avtomatika, telekommunikasiya və energetika kafedrasının yaranmasının 5 illiyinə həsr olunub.
Seminarda şirkətin Almaniyadan və Qazaxstandan dəvət olunmuş yüksəkixtisaslı ekspertlərinin auditoriyaya nəzarət-ölçmə avadanlıqları, elektromaqnit uyğunluğunun testdən keçirilməsi, eləcə də təhsil və televiziya sahələrindəki son yeniliklər və işləmələr haqqında məruzələri dinləniləcək.
Maraq göstərən hər kəsi seminara qatılmağa dəvət edirik.
ATE kafedrası