BMU-da “Onlayn Karyera Günü” keçiriləcək

10 Mart 2021
BMU-da “Onlayn Karyera Günü” keçiriləcək

“Araz” supermarketlər şəbəkəsi Bakı Mühəndislik Universitetində (BMU) “Onlayn Karyera Günü” keçirəcək.

11 mart 2021-ci il tarixində saat 14:00-da təşkil olunacaq tədbirin moderatorları BMU-nun Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin direktoru Gülçöhrə İbrahimova və şöbənin əməkdaşı Nurlan Astanov olacaq.

Tədbirdə “Araz” supermarketlər şəbəkəsinin İnsan resursları departamentindən Elçin Əkbərov və Rəhim Mustafayev iştirak edəcək. Peşəkarlar iştirakçıları maraqlandıran sualları cavablandırmaqla yanaşı, təmsil etdikləri qurumun geniş iş imkanlarından, tələbələr üçün yaratdığı təcrübə sahələrindən ətraflı bəhs edəcəklər.

İzləyicilər canlı yayım ərzində öz suallarını BMU-nun  rəsmi feysbuk səhifəsindən (fb.com/beu.edu.az), “Youtube” kanalından (https://www.youtube.com/channel/UCOYADW2Y4cKWKflS-lH1hCA), həmçinin “Araz” supermarketlər şəbəkəsinin İşə qəbul və karyera mərkəzinin feysbuk səhifəsindən (https://www.facebook.com/HR.ARAZSUPERMARKET)  birbaşa ünvanlaya bilərlər.

Digər elanlar