BMU-da Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı seminar keçiriləcək

06 Dekabr 2021
BMU-da Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı seminar keçiriləcək

Bakı Mühəndislik Universitetinin (BMU) Azərbaycan dili və pedaqogika kafedrasınını təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı seminar keçiriləcək.

Tədbirdə AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, f.e.d., professor Seyfəddin Rzasoyun “Nizami Gəncəvinin şərq ədəbi-estetik fikrinin inkişafında rolu” və AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun  “Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi dühasından bəhs edən bədii əsərlərin miqyası” məruzələri dinləniləcək.

9 dekabr 2021-ci il tarixində saat 15:00-da baş tutacaq tədbirə https://meet.google.com/rjw-hdqw-ezr linki vasitəsilə qoşulmaq mümkündür.

Seminarda universitetin əməkdaşları və tələbələr iştirak edə bilərlər.

Digər elanlar