BMU-da “Neyro-marketinq" mövzusunda təlim keçiriləcək

21 May 2022
BMU-da “Neyro-marketinq" mövzusunda təlim keçiriləcək

Bakı Mühəndislik Universitetinin (BMU) Keyfiyyətin təminatı şöbəsinin təşkilatçılığı ilə “Neyro-marketinq” mövzusunda təlim keçiriləcək.

Təlimçi qismində Biznesin idarə edilməsi kafedrasının müəllimi Tahirə Salayeva çıxış edəcək.

Hər kəs üçün açıq olan təlim 26 may 2022-ci il tarixində saat 10:30-da (BMU-nun əsas binası, 128-ci otaq) baş tutacaq.

İştirak etmək istəyən şəxslər ad, soyad, universitet və ixtisası 25 may 2022-ci il tarixinə kimi qeyd olunan e-mail ünvanına (dtlkt@beu.edu.az) göndərməlidir. 

Digər elanlar