BMU-da KPMG Karyera Günü

27 Fevral 2023
BMU-da KPMG Karyera Günü

Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, eyni zamanda Bakı Mühəndislik Universitetinin (BMU) Karyera Mərkəzinin təşkilatçılığı və “KPMG Azərbaycan” şirkətinin iştirakı ilə  Karyera Günü keçiriləcək.

“Tea Talks” proqramı çərçivəsində  BMU-da təşkil olunacaq tədbirdə “KPMG Azərbaycan” şirkətinin fəaliyyət strategiyası və iş prinsipi haqda ətraflı məlumat veriləcək və tələbələr üçün imtahan təşkil ediləcək.

İmtahanda aşağıda qeyd edilən ixtisasların  tələbə (3-cü və 4-cü kurs, magistr) və məzunlarına üstünlük veriləcək:

·        Maliyyə (ingilis bölməsi)

·        Mühasibat uçotu və audit (ingilis bölməsi)

·        Biznesin idarə edilməsi (ingilis bölməsi)

·        MBA

İmtahan nəticəsi yüksək olan tələbələrə şirkət tərəfindən iş təklifi olunacaq. 

Tədbir cari ilin 1 mart tarixində saat  14:00-da (BMU-nun İqtisadiyyat binası, otaq 419) baş tutacaq.

Tədbirdə iştirak üçün aşağıdakı formu doldurmağınız xahiş edilir.

https://forms.gle/ubdBRhJTXuqTFUxH7

Karyera Günü yalnız BMU tələbələrinə şamil olunur.

Qeyd edək ki, “KPMG Azərbaycan” “Böyük Dördlük” audit şirkətlərindən biri olan qlobal mühasibat şirkətləri şəbəkəsidir. Şirkət bir çox bank və maliyyə qurumlarına, o cümlədən iqtisadiyyatın tikinti, neft-qaz, telekommunikasiya kimi aparıcı sektorlarındakı müəssisələrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərir. 

Digər elanlar