BMU-da Koreya dili kurslarının növbəti mərhələsinə qeydiyyat başlayıb

26 Avqust 2022
BMU-da Koreya dili kurslarının növbəti mərhələsinə qeydiyyat başlayıb

Bakı Mühəndislik Universitetinin (BMU) nəzdində fəaliyyət göstərən Xırdalan Kral Seconq İnstitutunun təşkil etdiyi Koreya dili kurslarına cari ilin payız semestri üzrə dinləyici qəbulu qeydiyyatı elan edilib.

BMU və Koreyanın İNHA Universiteti arasında 2020/2021-ci tədris ilindən İnşaat mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramı həyata keçirilir. Proqram üzrə əməkdaşlığın istiqamətlərindən biri kimi Kral Seconq İnstitutunun Xırdalan filialı yaradılıb. Əsas məqsəd tələbələrə, müəllimlərə, məktəb məzunlarına Koreya dilini tədris etməkdir.

Tədris müddətini müvəffəqiyyətlə bitirən tələbələrə Kral Seconq İnstitutu tərəfindən sertifikat veriləcək. Sertifikat dərslərin 70%-dən çoxunda iştirak etmiş və imtahan nəticəsi 60 baldan yüksək olan dinləyicilərə təqdim olunacaq.

Dərslərə qatılmaq istəyən müraciətçilər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilər:

https://forms.gle/gqAKzKMAN1mvv8M66

Online qeydiyyatdan keçdikdən sonra qeydiyyatın tamamlanması üçün BMU-ya baş çəkmək mütləqdir.

Daha ətraflı məlumat üçün aşağıdakı posterləri diqqət etməyiniz xahiş olunur.

Digər elanlar