Bakı Mühəndislik Universitetinin (BMU) nəzdində fəaliyyət göstərən Xırdalan Kral Seconq İnstitutunun rəhbərliyi tərəfindən Koreya dili kurslarına növbəti onlayn sənəd qəbulu başlayıb. Belə ki, fevral ayından etibarən start götürəcək Koreya dili kursuna qatılmaq istəyən şəxslər 31 yanvar 2021-ci il tarixinə kimi https://forms.gle/c7GR4CtYpb8Z3Kwv6 linkinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.
Kursun fevral ayında başlayacaq növbəti mərhələsində sertifikat alanlara üstünlük veriləcək. İlkin mərhələdə isə 78 nəfər dinləyici kursu müvəffəqiyyətlə başa vurub və Kral Seconq İnstitutunun (King Sejong Institute) rəsmi sertifikatına layiq görülüb.
Xırdalan Kral Seconq İnstitutunun fəaliyyəti və Koreya dilini öyrənənlər üçün maraqlı və faydalı məlumatlar təqdim olunan feysbuk (https://www.facebook.com/ksi.khirdalan) səhifəsi vasitəsilə də tanış olmaq mümkündür. İnstitut ilə əlaqələndirici şəxs İlahə Haqverdiyeva (ilaha_kr@yahoo.com) təyin olunub.