BMU-da “İş müsahibəsi” mövzusunda təlim keçiriləcək

26 Aprel 2023
BMU-da “İş müsahibəsi” mövzusunda təlim keçiriləcək

Bakı Mühəndislik Universitetində (BMU) 27 aprel 2023-cü il tarixində saat 11:00-da “İş müsahibəsi” mövzusunda təlim keçiriləcək.

İnsan resursları üzrə mütəxəssis Saleh Həsənov tərəfindən aparılan təlimdə iş müsahibəsinə hazırlıq, müsahibədə verilən sualların düzgün cavablandırılması və müsahibə prosesinin uğurlu tamamlanması üçün vacib olan məsələlərə aydınlıq gətiriləcək.

Təlimdə iştirakçılardan əyani şəkildə müsahibə də götürüləcək.

Tədbirdə iştirak üçün qeydiyyatdan keçmək mütləqdir.

Qeydiyyat linki: https://forms.gle/z8NoJj9R1s8baDPQ7

Ünvan: Bakı Mühəndislik Universiteti, Əsas bina, otaq 128A.

Digər elanlar