Bakı Mühəndislik Universitetinin (BMU) Elm və İnnovasiya şöbəsi və Texnopark ilə Youth Inc. Sahibkarlıq Proqramı çərçivəsində “from Start to Smart” adlı layihənin info sessiyası keçiriləcək.
4 may 2021-ci il tarixində saat 15:30-da Zoom platforması üzərindən yayımlanacaq tədbirə https://us02web.zoom.us/j/9329566215?pwd=dE9KUEQ3TWlrMGxXZmZiYk1MM2J1UT09 linki vasitəsilə qoşulmaq mümkündür.
Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda mövcud su problemlərinin innovativ həlli yollarını tapmaq və su ehtiyatlarının düzgün idarə olunmasının vacibliyini çatdırmaqdır. Dünya Resurslar İnstitutunun araşdırmasına əsasən, Azərbaycanda su stresi orta yüksək olaraq qiymətləndirilir və 2040-cı ilədək Azərbaycan su qıtlığı yaşayacaq 33 ölkə arasından 18-ci yerdədir.
“from Start to Smart” adlı layihə 9 aylıq müddəti əhatə edir və 4 mərhələdən ibarətdir. Layihədə su ilə bağlı ideyanın prototipini hazırlamaq, mentorluq sessiyaları kimi imkanlardan yararlanmaq mümkündür. Həmçinin layihənin son mərhələsində qalib komandalar 17.000 AZN-dək olan investisiya fondundan investisiya əldə edəcək.
Layihəyə qoşulmaq üçün: https://starttosmart.youthinc.az/ linkinə daxil olmaq lazımdır. Son müraciət tarixi isə 10 may 2021-ci il saat 23:59-dur.
Layihənin beynəlxalq tərəfdaşı olan “Global Water Challenge” və “Coca-Cola” Fondunun nəzdində fəaliyyət göstərən “New World” Proqramı ideyanızın beynəlxalq səviyyədə tanınmasına imkan yaradacaq. Layihənin dövlət tərəfdaşları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyidir.