BMU-da Əhməd Cavadın 130 illiyinə həsr olunmuş elmi seminar keçiriləcək

17 Noyabr 2022
BMU-da Əhməd Cavadın 130 illiyinə həsr olunmuş elmi seminar keçiriləcək

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130-cu ildönümününə həsr olunmuş “Tarix yaxından və uzaqdan: Əhməd Cavad zirvəsi “ mövzusunda elmi seminar keçiriləcək.

Tədbirdə universitetin Azərbaycan dili və pedaqogika kafedrasının professor-müəllim heyətinin görkəmli şəxsiyyət Əhməd Cavadın həyatı, yaradıcılığı və fəaliyyəti haqqında məruzələri, çıxışları dinləniləcək.

Elmi seminar 18.11.2022 - ci il tarixində saat 14:00 - da BMU-nun “TEMPUS” otağında baş tutacaq. Arzu edənlər iştirak edə bilər.

                                                                                                          Pedaqoji fakültənin dekanlığı

Digər elanlar