BMU-da bp şirkətinin “Məzun və təcrübəçilərin işə qəbul proqramı” ilə bağlı məlumatlandırma tədbiri keçiriləcək

10 Noyabr 2022
BMU-da bp şirkətinin “Məzun və təcrübəçilərin işə qəbul proqramı” ilə bağlı məlumatlandırma tədbiri keçiriləcək

Bakı Mühəndislik Universitetində (BMU) bp şirkətinin 2023-cü il üzrə elan etdiyi “Məzun və təcrübəçilərin işə qəbul proqramı” ilə bağlı məlumatlandırma tədbiri keçiriləcək.

Noyabrın 16-da saat 12:00-də universitetin Akt zalında təşkil olunacaq tədbirdə proqramda iştirakla bağlı ətraflı məlumatlar təqdim ediləcək.  

Tədbirdə iştirak etmək üçün 14 noyabr 2022-ci il tarixinədək ərizə formasını doldurmağınız xahiş olunur: https://forms.gle/yzuTDp8pWrfuYJFp9

 

Digər elanlar