BMU-da “BIM və inşaatda rəqəmsal transformasiya” mövzusunda seminar keçiriləcək

21 Fevral 2022
BMU-da “BIM və inşaatda rəqəmsal transformasiya” mövzusunda seminar keçiriləcək

Bakı Mühəndislik Universitetində (BMU) “BIM və inşaatda rəqəmsal transformasiya” mövzusunda seminar keçiriləcək.

Seminarda “Lahiyələndirmə və tikintidə rəqəmsallaşdırma”, “Memarlıq layihələrində BIM-in istifadəsi”, “Konstruksiya layihələrində BIM-in istifadəsi”, “ISO 19650 beynəlxalq standartlarına uyğun olaraq aktivlərin çatdırılması mərhələsində məlumatların idarəedilməsi ilə bağlı iş axınları və konsepsiyalar” və digər mövzularda təqdimatlar dinləniləcək.

23 fevral 2022-ci il tarixində saat 14:30-17:00 aralığında baş tutacaq seminar hibrid formada (həm BMU-nun əsas binasının akt zalında, həm də onlayn formada) təşkil olunacaq. Seminara onlayn formada qoşulmaq istəyənlər https://www.youtube.com/c/beueduaz/featured linkinə daxil ola bilərlər.

Qeyd edək ki, iştirak üçün heç bir qeydiyyat tələb olunmur.

Digər elanlar