7 mart tarixində saat 12.00-da Bakı Mühəndislik Universitetində (BMU) “Bahar çiçəkləri” adlı fərdi yaradıcılıq sərgisi keçiriləcək.
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunacaq sərgidə universitetin Memarlıq və inşaat fakültəsinin Dizayn kafedrasının müəllimi Əfşan Əsədovanın əsərləri nümayiş etdiriləcək.
Sərgiyə hər kəs dəvətlidir.
Sərginin keçiriləcəyi yer: BMU, Yeni bina, III mərtəbə