AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ
aşağıdakı fakültə və kafedralar üzrə boş olan vəzifələri tutmaq üçün
MÜSABİQƏ ELAN EDİR
Dekan vəzifəsini tutmaq üçün:
Fakültələr |
Vəzifələr |
Yerlər |
İqtisadiyyat və idarəetmə fakültəsi |
Dekan |
1 |
Kafedra müdiri vəzifəsini tutmaq üçün:
Kafedralar |
Vəzifələr |
Yerlər |
Kompüter və informasiya texnologiyaları kafedrası |
Kafedra müdiri |
1 |
Ümumi fənlər kafedrası |
Kafedra müdiri |
1 |
Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq, elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı:
1. Kadrlar uçotunun şəxsi vərəqəsi;
2. Tərcümeyi-hal;
3. Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
4. Elmi və elmi-metodiki işlərin siyahısı;
5. Kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.
Qeyd: Müsabiqə elan olunan müəssisədə çalısan namizədlər isə qeyd olunan siyahıdakı 3,4,5-ci bəndlərdəki sənədləri təqdim edir.
Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: Xirdalan şəhəri, H.Əliyev küçəsi №120, AZ0101, Abşeron, Azərbaycan
Əlavə məlumat üçün:
Tel: +994(012) 349-99-66/67+Daxili nömrə: (1113, 1115, 1117, 1155, 1504)
Fax: (+99412) 349-99-90/91
e-mail: info@beu.edu.az web sayt: www.beu.edu.az
REKTORLUQ