1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsilin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etməklə), yaxud təhsili ona bərabər tutulan (II kursda təhsil alanlar da daxil) Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
– kadrların şəxsi qeydiyyat vərəqi;
– tərcümeyi-hal;
– 2 ədəd fotoşəkil (3×4 ölçüdə);
– iş yerindən xasiyyətnamə;
– iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
– elmi rəhbərin razılıq məktubu;
– çap olunmuş elmi əsərlərin təsdiq olunmuş siyahısı. Elmi əsərlər iddiaçının seçdiyi ixtisasa uyğun olmalıdır. Elmi əsərləri olmayanlar seçdikləri ixtisasa aid olan mövzu üzrə referat təqdim etməlidirlər.
– ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin (qiymət cədvəlinin) notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması barədə Elm və Təhsil Nazirliyinin şəhadətnaməsi);
– şəxsiyyəti təsdiq edən sənədin surəti;
Müraciət edəcək şəxslər Elm və Təhsil Nazirliyinin www.portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun qeydiyyatdan keçməlidirlər.
Ali təhsil müəssisələrinə doktorant qəbulu üzrə e-müraciət sistemi TƏLİMATI
Plan yerləri
İxtisasın şifri |
Elm sahələri və ixtisaslar |
Fəlsəfə doktoru proqramı üzrə |
||
Doktorantura |
||||
Cəmi |
Dövlət sifarişli və ödənişli əsaslarla |
|||
o cümlədən |
||||
əyani |
qiyabi |
|||
1 |
2 |
3 |
4 |
5 |
Bakı Mühəndislik Universiteti |
||||
1203.01 |
Kompüter elmləri |
2 |
1 |
1 |
2003.01 |
Maye, qaz və plazma mexanikası |
1 |
|
1 |
2220.01 |
Yarımkeçiricilər fizikası |
1 |
1 |
|
2306.01 |
Üzvi kimya |
1 |
|
1 |
2314.01 |
Neft kimyası |
1 |
1 |
|
3338.01 |
Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) |
3 |
2 |
1 |
3339.01 |
İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi |
2 |
1 |
1 |
3344.01 |
Yüksək gərginliklər texnikası |
1 |
1 |
|
3350.01 |
Daşınma proseslərinin idarə edilməsi |
1 |
1 |
|
5301.01 |
Daxili fiskal siyasət və dövlət maliyyəsi |
2 |
1 |
1 |
5308.01 |
Ümumi iqtisadiyyat |
1 |
|
1 |
5311.01 |
Müəssisələrin təşkili və idarə olunması |
1 |
1 |
|
6217.01 |
Texniki estetika və dizayn |
1 |
|
1 |
6401.01 |
Memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərbası və rekonstruksiyası |
1 |
|
1 |
6404.01 |
Bina və qurğuların memarlığı |
1 |
|
1 |
6405.01 |
Şəhərsalma, yaşayış məntəqələrinin planlaşdırılması, landşaft memarlığı |
1 |
|
1 |
|
Cəmi: |
21 |
10 |
11 |
Elektron sənəd qəbulu üzrə video təlimat:
https://www.youtube.com/watch?v=RFo4CBu0e0E
Sənəd qəbulu üçün başlanğıc tarix: 13 may 2025-ci il
Sənəd qəbulu üçün son tarix: 02 iyun 2025-ci il
Qəbul qaydaları haqqında əlavə məlumat almaq istəyənlər Bakı Mühəndislik Universitetinin (BMU) “Magistratura və doktorantura” şöbəsinə (rektorluq binası, otaq №109) müraciət edə bilərlər.
Əlaqə: (+994 12) 349-99-66 (daxili 1109)