BMU 2024-cü il üçün fəlsəfə doktoru proqramları üzrə doktoranturaya qəbul elan edir

09 Aprel 2024
BMU 2024-cü il üçün fəlsəfə doktoru  proqramları üzrə doktoranturaya qəbul elan edir

Bakı Mühəndislik Universiteti 2024-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir.

-        Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsilin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etməklə), yaxud təhsili ona bərabər tutulan (II kursda təhsil alanlar da daxil) Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.

-        Doktorantura və ya dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

-       kadrların şəxsi qeydiyyat vərəqi;

-        tərcümeyi-hal;

-       2 ədəd fotoşəkil (3×4 ölçüdə);

-        iş yerindən xasiyyətnamə;

-        iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

-       çap olunmuş elmi əsərlərin təsdiq olunmuş siyahısı (elmi əsərlərin nəşr edildiyi jurnaldan çıxarılan surətləri əlavə edilməklə). Elmi əsərlər iddiaçının seçdiyi ixtisasa uyğun olmalıdır.

Elmi əsərləri olmayanlar seçdikləri ixtisasa aid olan mövzu üzrə referat təqdim etməlidirlər.

-       ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin (qiymət cədvəlinin) notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması barədə Elm və Təhsil Nazirliyinin şəhadətnaməsi);

-       şəxsiyyəti təsdiq edən sənədin surəti;

Müraciət edəcək şəxslər Elm və Təhsil Nazirliyinin www.portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun qeydiyyatdan keçməlidirlər.

Plan yerləri

Qalareya şəkilini seçin

Elektron sənəd qəbulu üzrə video təlimat: https://www.youtube.com/watch?v=RFo4CBu0e0E

Sənəd qəbulu üçün başlanğıc tarix: 16 aprel 2024-cü il

Sənəd qəbulu üçün son tarix: 15 may 2024-cü il

Qəbul qaydaları haqqında əlavə məlumat almaq istəyənlər Bakı Mühəndislik Universitetinin (BMU) “Magistratura və doktorantura” şöbəsinə (rektorluq binası, otaq №109) müraciət edə bilərlər

Əlaqə: (+994 12) 349-99-66 (daxili 1109)

Digər elanlar