BMU 2024/2025-ci tədris ilində təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

02 İyul 2024
BMU 2024/2025-ci tədris ilində təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

Bakı Mühəndislik Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”na müvafiq olaraq 2024/2025-ci tədris ilində təkrar ali təhsil almaq üçün aşağıdakı ixtisaslar üzrə sənəd qəbulu elan edir.

Təkrar ali təhsilə tələbə qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az  elektron portalı vasitəsilə həyata keçirilir.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri  portala yükləyərək müraciət göndərməlidir:

 - ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) əsli (pdf, jpg formatında),

- xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə əsli (pdf, jpg formatda);

Təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə əlavə ali təhsil almaq üçün seçdiyi ixtisas üzrə tələbələr sırasına qəbul edilirlər.

Təhsil əyani və qiyabi təhsil formasında, Azərbaycan və ingilis dilindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir. Sənəd qəbulu prosesi 31 avqust 2024-cü il saat 18:00-da bitəcək.

Digər elanlar