Çexiya Respublikasının Bakıdakı səfirliyi Çex Respublikası, Macarıstan, Polşa və Slovakiyadan ibarət olan Vişegrad qrupu adından Azərbaycan Respublikasından olan alim və tədqiqatçılar üçün Master və Post-Master pilləsinə təqaüd proqramı elan edir.
Beynəlxalq Vişegrad Fondu tərəfindən həyata keçirilən təqaüd proqramına tələbə və müəllim heyəti müraciət edə bilər. Daha ətraflı məlumatı https://www.visegradfund.org/apply/mobilities/visegrad-scholarship/?c=about linki vasitəsilə, həmçinin aşağıda qeyd olunan Bakıdakı səfirliklərin diplomatik əməkdaşları ilə əlaqə saxlamaqla əldə etmək mümkündür:
Çexiya Respublikası: cənab Daniel Putík (daniel_putik@mzv.cz)
Macarıstan: cənab Mihály Gruber (mihaly.gruber@mfa.gov.hu)
Polşa: cənab Artur Tarasewicz (artur.tarasewicz@msz.gov.pl)
Slovakiya: cənab Michal Tesliar (Michal.Tesliar@mzv.sk)
Qeyd edək ki, müraciət üçün son tarix 15 mart 2020-ci il saat 15:00-a qədərdir.