Beynəlxalq “ClimateLaunchpad Azerbaijan 2022” akselerasiya proqramına qəbul elan edilir

10 İyun 2022
Beynəlxalq “ClimateLaunchpad Azerbaijan 2022” akselerasiya proqramına qəbul elan edilir

“Social Innovation Lab” innovasiya mərkəzi beynəlxalq “ClimateLaunchpad Azerbaijan 2022” akselerasiya proqramına qəbul elan edir.

Cari il Azərbaycandan proqrama qəbul olunacaq 10 startap 3 günlük intensiv kamp və 6 həftəlik akselerasiya proqramından keçərək ölkə finalında top 3 startapdan biri olmaq və dünya finalında Azərbaycanı təmsil etmək uğrunda yarışacaqlar.

Dünya finalında ən yaxşı 16 startap birbaşa ClimateLaunchpad beynəlxalq akselerator proqramına qəbul olunacaq. Birinci yerin qalibi 10,000 avro, ikinci yerin qalibi  5,000 avro, üçüncü yerin qalibi isə 2,500 avro ilə mükafatlandırılacaq.

Son müraciət tarixi 26 iyun 2022-ci ildir.

Müraciət forması: http://climatelaunchpad.org/application-form/

Əlavə suallar yarandığı halda “Social Innovation Lab” innovasiya mərkəzinin rəsmi saytına və ya sosial şəbəkələrinə ünvanlamaq mümkündür: http://sil.vc/

Əlaqə nömrəsi: +994 77 233 77 92

E-mail: [email protected]

Digər elanlar