Bakı Mühəndislik Universitetinin 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elanı

06 Aprel 2023
Bakı Mühəndislik Universitetinin 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli 261s nömrəli sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”ndan çıxarış  

                                                                    

*Dissertant hazırlığı üzrə adambaşına maliyyələşmə nəzərdə tutulmadığı üçün dissertanturada hazırlıq ali təhsil müəssisələrinin öz əməkdaşları üçün həmin müəssisənin hesabına, digər şəxslər üçün isə ödənişli olacaq.

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali  və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari il 12 aprel tarixindən başlayacaqdır.

Təlimat linki:

Sənəd qəbulu üçün son tarix: 16 may 2023-ci il.

Xarici  dil imtahanını müvəffəqiyyətlə  vermiş şəxslərin “Fəlsəfə” fənni üzrə imtahanı 4, 5, 6 sentyabr 2023-ci il tarixlərində, ixtisas imtahanı isə

11, 12, 13 sentyabr 2023-cü il tarixlərində keçiriləcəkdir. 

QEYD: Doktoranturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil (qəbul) və doktorantura və dissertanturada təhsil alanlar üçün isə xarici dil (minimum) imtahanı 11.06.2023-cü il tarixində DİM tərəfindən keçirilməsi nəzərdə tutulur.

Digər elanlar