Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140 s nömrəli sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”ndan çıxarış
Bakı Mühəndislik Universiteti
*Dissertant hazırlığı üzrə adambaşına maliyyələşmə nəzərdə tutulmadığı üçün dissertanturada hazırlıq ali təhsil müəssisələrinin öz əməkdaşları üçün həmin müəssisənin hesabına, digər şəxslər üçün isə ödənişli olacaq.
Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrini tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari il 5 aprel tarixindən başlayacaqdır.
Sənəd qəbulu üçün son tarix: 4 may 2022-ci il.
Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin “Fəlsəfə” fənni üzrə imtahanı 1, 2, 5 sentyabr 2022-ci il tarixlərində, ixtisas imtahanı 12-13 sentyabr 2022-ci il tarixlərində keçiriləcəkdir.
QEYD: Doktoranturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil imtahanı və doktorantura və dissertanturada təhsil alanlar üçün xarici dil (minimum) imtahanı 12.06.2022-ci il tarixində keçiriləcəkdir.