Bakı Mühəndislik Universitetinə (BMU) qəbul olan abituriyentləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayırıq!
BMU-nun bakalavriat səviyyəsinə qəbul olunanların qeydiyyatı 28 avqust - 8 sentyabr tarixlərində portal.edu.az platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə onlayn formada aparılacaq.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.
Əlavə sualınız yaranarsa BMU-nun Qeydiyyat komissiyası ilə əlaqə saxlaya bilərsiniz (I-V günlər saat 10:00-17:00):
Tel: 012-349-99-55 (birbaşa);
Tel: 012-349-99-66 (daxili 1323).
İctimaiyyətlə əlaqələr şöbəsi