Bakı Mühəndislik Universitetində “Məzun günü” keçiriləcək

31 May 2023
Bakı Mühəndislik Universitetində “Məzun günü” keçiriləcək

İyunun 23-də Bakı Mühəndislik Universitetində “Məzun günü” keçiriləcək. Mərasimdə dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin iştirakı nəzərdə tutulur. 

Tədbir saat 18:00-da universitetin əsas binasının qarşısında  təşkil olunacaq. 

“Məzun günü” rəsmi çıxışlardan, 2022-2023-ci tədris ili məzunlarından ixtisas, fakültə və magistratura birincilərinin, o cümlədən universitet birincisinin mükafatlandırılmasından sonra bədii proqramla davam edəcək.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər elanlar