BMU-da boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir

08 Oktyabr 2021
BMU-da boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Mühəndislik Universiteti boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir:

 

Avtomatika və elektroenergetika: kafedra müdiri; dosent- 3 yer; professor- 0,5 yer

Kompüter və informasiya texnologiyaları: kafedra müdiri; dosent- 2 yer; baş müəllim -2 yer; müəllim- 1 yer; assistent- 1 yer

Mexanika mühəndisliyi: kafedra müdiri; dosent-3 yer

Logistika və nəqliyyat texnologiyaları: kafedra müdiri; dosent -2 yer; baş müəllim- 1 yer; müəllim- 1 yer

Biznesin idarə edilməsi : baş müəllim-1 yer; müəllim- 2 yer

Dünya iqtisadiyyatı: dosent-1 yer; baş müəllim- 4 yer

Mühasibat uçotu və audit: dosent- 1 yer; baş müəllim- 1 yer

Maliyyə:  dosent- 1 yer; müəllim- 2 yer

Dövlət və bələdiyyə idarəetməsi: baş müəllim- 1 yer; müəllim-1 yer

Riyaziyyat : müəllim-1 yer

Riyaziyyat və informatika: dosent- 1 yer; baş müəllim- 1 yer; müəllim-1 yer

Fizika: dosent – 3 yer

Azərbaycan dili və pedaqogika: müəllim ( pedaqogika üzrə) -2 yer

İngilis dili: kafedra müdiri; dosent- 1 yer; baş müəllim- 2 yer; müəllim- 4 yer

Xarici dil: müəllim-1 yer

İnşaat mühəndisliyi: dosent-2 yer

Memarlıq və dizayn : dosent- 2 yer; baş müəllim-1 yer; müəllim- 1 yer

Sənaye mühəndisliyi:  baş müəllim- 2 yer;  müəllim-1yer

Kimya mühəndisliyi: assistent -1 yer

Ümumi fənlər: dosent- 2 yer

Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 05.02.2018-ci il tarixli F-100 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” və 401 saylı 07.08.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə  uyğun olaraq elan olunduğu gündən 1 ay müddətində qəbul edilir.

 

Tədris Azərbaycan və ingilis dillərində aparılır.

                                      

Əlavə məlumat üçün:

Ünvan:   Xırdalan  şəhəri, H.Əliyev küçəsi №120, AZ0101, Abşeron, Bakı, Azərbaycan

Tel: +994(012)349-99-66/67+ Daxili nömrə: (1113, 1115, 1117, 1155)

Fax: (+99412)-349-99-90/91

e-mail: [email protected]    web sayt: www.beu.edu.az

                                                                                                              REKTORLUQ

Digər elanlar