Azərbaycan Beynəlxalq Bankı təcrübə proqramı elan edir

10 Dekabr 2021
Azərbaycan Beynəlxalq Bankı təcrübə proqramı elan edir

Azərbaycan Beynəlxalq Bankı (ABB) universitet tələbələri və yeni məzunlar üçün təcrübə proqramı elan edir.

Proqrama ali təhsilini 2019, 2020 və 2021-ci illərdə tamamlayan və hazırda magistratura pilləsində təhsil alan tələbələr müraciət edə bilər. Müraciətçilər Azərbaycan Respublikasının vətəndaşı olmalı və ingilis dilini “upper-intermediate” səviyyəsində bilməlidir. Bununla yanaşı, yerli və ya xarici universitetlərdə təhsil aldığı dövr ərzində ÜOMG (CumGPA) göstəricisinin 3-dən yuxarı, digər qiymətləndirmə sistemlərində isə 75 faizdən yuxarı olması tələb olunur.

Təcrübə proqramının iştirakçıları müəyyən edilmiş aylıq ödənişlə təmin olunacaq. Bankın fəaliyyət istiqamətinə uyğun ixtisaslarda təhsil alan namizədlərə üstünlük veriləcək.

Proqram və qeydiyyatla bağlı ətraflı məlumatları aşağıdakı linklər vasitəsilə əldə etmək mümkündür.  

https://abb-bank.az/tecrube/

https://www.linkedin.com/posts/the-international-bank-of-azerbaijan_abb-activity-6873606249791926272-uB02

Qeyd edək ki, sonuncu kursda təhsil alanlar daxil olmaqla, hazırda bakalavr təhsili alan tələbələrin müraciəti qeydə alınmayacaq.

Digər elanlar