“Cloud Study Jam” adlı növbəti vebinar keçiriləcək

10 Fevral 2021
“Cloud Study Jam” adlı növbəti vebinar keçiriləcək

“Google” şirkətinin Bakı Mühəndislik Universiteti (BMU) üzrə Proqramçı Tələbələr Klubunun (Google Developer Student Club) “Cloud Study Jam” adlı növbəti vebinarı keçiriləcək.

14 fevral 2021-ci il tarixində saat 19:00-da keçiriləcək tədbiri klubun feysbuk və youtube (Developer Student Club - Baku Engineering University) səhifəsində izləmək mümkündür.

“Google” şirkətinin BMU üzrə Proqramçı Tələbələr Klubunun qrup rəhbəri Nicat Mehdiyevin moderatorluğu ilə baş tutacaq tədbirin qonağı Google Cloud üzrə mentor A.Emirhan Güleç olacaq.

Türk dilində baş tutacaq tədbirə proqramlaşdırma və bulud texnologiyası sahəsində yeni olanlar və maraqlanan hər kəs qoşula bilər.

Tədbirdə, eyni zamanda, Google Cloud bulud texnologiyası üzrə təlim keçiriləcək.

Digər elanlar