Alpbach Avropa Forumu təqaüd proqramı elan edir

29 Mart 2022
Alpbach Avropa Forumu təqaüd proqramı elan edir

Alpbach Avropa Forumu 21 avqust - 2 sentyabr 2022-ci il tarixlərində baş tutacaq tədbiri üçün təqaüd proqramı elan edib.

450-yə qədər təqaüd verilməsi nəzərdə tutulan proqrama 30 yaşınadək olan tələbələr, gənc mütəxəssislər müraciət edə bilər. Onlar  EFA22-də elmi və bədii seminarlarda, yüksək səviyyəli konfrans proqramında, eləcə də müxtəlif sosial və mədəni fəaliyyətlərdə iştirak şansı qazanacaqlar.   

Müraciət üçün son tarix 31 mart 2022-ci ildir.

Proqramla bağlı əlavə məlumatı https://2022.alpbach.org/scholarship/ internet səhifəsindən əldə etmək mümkündür.

Digər elanlar