Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin təşkilatçılığı ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin onlayn seminarı təşkil olunacaq.
18 may 2021-ci il tarixində “Akkreditasiya qiymətləndirilməsində ekspertlərin rolu” mövzusunda baş tutacaq seminarın məruzəçisi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasovdur.
Tədbirin məqsədi yeni redaksiyada təsdiq olunmuş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na əsasən akkreditasiya qiymətləndirilməsini həyata keçirəcək Akkreditasiya Komissiyalarının fəaliyyətində ekspert kimi iştirak etməyin əhəmiyyəti və tələblərinə dair məlumat verməkdir.