4-cü ABB “Hackathon Startup Challenge” - Sən də ideyanı reallaşdır!

01 May 2023
4-cü ABB “Hackathon Startup Challenge” - Sən də ideyanı reallaşdır!

ABB İnnovasiya Mərkəzi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı əsasında təşkil olunan 4-cü ABB “Hackathon Startup Challeng” müsabiqəsinə start verilib.

 Daşınmaz əmlak məlumatlarının təhlili, rəqəmsal ipotekada müştəri təcrübəsi, virtual daşınmaz əmlak səyahəti, mənzil ekosisteminin qurulması, daşınmaz əmlak aqreqatoru mövzuları ABB "Hackathon Startup Challenge"ın əsas istiqamətləridir. Bu istiqamətlər ilə yanaşı, digər sahələr üzrə olan innovativ həllər ilə də müsabiqəyə qatılmaq mümkündür.

Siz müsabiqəyə qatılaraq:

- müxtəlif sektorlar üzrə beynəlxalq təcrübəyə malik mütəxəssislərlə müzakirələr,

- ideyanızın inkişafı üçün davamlı mentor dəstəyi və təlimlər,

- inkubasiya mərhələsinə keçid,

- ideyanızın yekun işlək məhsula çevrilməsi

- və 10 000 AZN-dək investisiya yatırımı

qazana bilərsiniz.

4-cü ABB "Hackathon Startup Challenge" 20 - 21 may tarixlərində Baki Konqres Mərkəzində keçiriləcək. Müsabiqəyə həm fərdi, həm də komanda şəklində müraciət edə bilərsiniz. Müraciət üçün xüsusi yaş limiti yoxdur. Sən də ideyanı bizimlə reallaşdır! 

Son müraciət tarixi 15 may, saat 23:59-dur. Daha ətraflı məlumat və müraciət üçün linkə keçid edin: https://abbinnovation.az/en/hackathon 

 

Digər elanlar