“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir. 2022-ci il ərzində həyata keçiriləcək sənəd qəbulunun tarixləri aşağıdakı kimidir:
1-ci sənəd qəbulu: fevral - aprel;
2-ci sənəd qəbulu: iyul - sentyabr.
Proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub.
Müraciət zamanı tələb olunan sənədlərlə bağlı daha ətraflı məlumatı linkə daxil olaraq əldə etmək olar. Əlavə sual yarandığı zaman dpinfo@edu.gov.az e-mail ünvanına müraciət etmək, həmçinin mütəmadi verilən suallara (FAQ/MVS) daxil olmaq mümkündür.
Bakı Mühəndislik Universitetinin Magistratura və doktorantura şöbəsi