Çex Respublikası, Macarıstan, Polşa və Slovakiyadan ibarət olan Vişegrad qrupu 2021/2022-ci tədris ili üçün “Vişegrad” təqaüd proqramını elan edir.
Proqramda magistratura və doktorantura tələbələri iştirak edə bilər. Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri də bu proqrama müraciət edə bilərlər.
Təhsilin davamiyyət müddəti 1 və ya 2 il ingilis dilində nəzərdə tutulur. Təhsil xərci və hər semestr üçün 2500 Avro proqram tərəfindən ödəniləcəkdir.
Proqram haqqında ətraflı məlumatı https://www.visegradfund.org/apply/mobilities/visegrad-scholarship/ linki vasitəsilə, həmçinin aşağıda qeyd olunan Bakıdakı səfirliklərin diplomatik əməkdaşları ilə əlaqə saxlamaqla əldə etmək mümkündür:
Çexiya: cənab Daniel Putík (daniel_putik@mzv.cz)
Macarıstan: cənab Mihály Gruber (mihaly.gruber@mfa.gov.hu)
Polşa: cənab Michał Greczyło (michal.greczylo@msz.gov.pl)
Slovakiya: cənab Michal Tešliar (Michal.Tesliar@mzv.sk)
Proqrama müraciət etmək üçün https://www.visegradfund.org/apply/mobilities/visegrad-scholarship/?c=how-to-apply linkinə daxil olmaq lazımdır. Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifəsində göstərildiyi kimi elektron qaydada həyata keçirilir.
Qeyd edək ki, son müraciət tarixi 15 mart 2021-ci ildir.