2-ci İnkubasiya Proqramına müraciətlərin qəbuluna start verilib

12 Oktyabr 2021
2-ci İnkubasiya Proqramına müraciətlərin qəbuluna start verilib

Azərbaycan Beynəlxalq Bankı (ABB) İnnovasiya Mərkəzi 2-ci İnkubasiya Proqramına müraciətlərin qəbuluna start verib.

Öz komandanızla İnkubasiya Proqramında iştirak etməklə Startup quruculuğu sahəsindəki təlimlərdən və İnnovasiya Mərkəzinin təqdim etdiyi bir sıra üstünlüklərdən faydalanaraq ideyanızı inkişaf etdirə və ən əsası isə onu uğurlu və dayanıqlı bir startapa çevirə bilərsiniz. Əgər komandanız yoxdursa, lakin ideyanızın bu günkü bazar reallığında fərq yaradan bir həll olduğuna inanırsızsa, ABB İnnovasiya Mərkəzinin ABB Tech Akademiyasının müasir ixtisaslı və potensiallı tələbə və məzunlarından özünüzə ən uyğun komanda yoldaşları seçərək davam edə bilərsiniz.

Proqrama müraciət etmək üçün: https://abbinnovation.az/az/apply

İnkubasiya Proqramı ilə bağlı daha ətraflı məlumat almaq üçün 12 oktyabr 2021-ci il tarixində saat 20:00-da vebinar təşkil ediləcək. Vebinarda İnkubasiya proqramı ilə bağlı sualları ABB idarə heyəti sədrinin müşaviri Zaur Ələkbərov və KOOPHub-ın həmtəsisçisi, FinTech Parkın sədri, İnnovasiyalar üzrə beynəlxalq ekspert Mustafa Baltacı cavablandıracaq.

Vebinar haqqında məlumat almaq üçün: https://www.linkedin.com/posts/abb-tech-academy_abb-abbinnovation-webinar-activity-6853323347468541953-qZQy

Qeydiyyat linki: bit.ly/abbinnova

Vebinara canlı qoşulmaq imkanı olmayanlar ABB İnnovasiya Mərkəzinin Feysbuk hesabında videonu izləyə bilərlər: https://www.facebook.com/abbinnovation

Digər elanlar