Bakı Mühəndislik Universitetinin Karyera Klubu tələbələrin karyera imkanlarının artırılması istiqamətində fəaliyyət göstərir. Tələbələrin karyera qurmaq üçün mühüm olan bacarıqlara yiyələnməsini təmin etmək klubun ən əsas vəzifələrindən biridir. Bu istiqamətdə klub “Microsoft Office” proqramlarının, CV yazılması qaydalarının, tələbələrin müsahibədə iştirak etmək bacarıqlarının, xarici dil biliklərinin və digər qabiliyyətlərinin təkmilləşməsində önəmli rol oynayır. Karyera Klubu öz missiyasını həyata keçirmək üçün müxtəlif təlimlər, seminarlar, müzakirələr və öz sahəsində tanınmış mütəxəssis və şirkətlərlə tələbələrin görüşlərini təşkil edir.