Bakı Mühəndislik Universitetində (BMU) fəaliyyət göstərən Futbol Klubu tələbələrin idman həyatında mühüm rol oynayır. Universitetdə futbol ilə məşğul olmaq üçün çox yaxşı infrastruktur və şərait vardır.

Futbol Klubu bir neçə istiqamətdə tələbələrlə iş aparır. Tələbələr klub tərəfindən mütəmadi olaraq təlim və məşqlərə cəlb olunurlar. Eyni zamanda, klub il ərzində bir neçə universitetdaxili turnir və yarış keçirir. Bu yarışlarda aktiv iştirak edən tələbələr yığma futbol komandasına cəlb olunur. Futbol Klubu universitetlərarası yarışmalarda da BMU-nu uğurla təmsil edir. Futbol Klubu tələbələrin asudə vaxtlarının səmərəli təşkil olunması və idmana olan marağın tələbələr arasında artırılması üçün böyük əhəmiyyət kəsb edir.