“Times Higher Education” və “British Council” təşkilatlarının nümayəndələri ilə görüş keçirilib

31 Yanvar 2024
“Times Higher Education” və “British Council” təşkilatlarının nümayəndələri ilə görüş keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları (Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Nərmin Ələkbərova, BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli, İDP-nin proqram katibi Nurlan Astanov) “Times Higher Education” (THE) reytinq təşkilatı və Böyük Britaniyanın “British Council” təşkilatının nümayəndələri ilə görüşüblər.

Görüş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunan ikili diplom proqramları ilə bağlı müvafiq müzakirələrin aparılması məqsədi daşıyıb.

THE təşkilatının konsaltinq üzrə direktoru İşan Kader, “British Council” təşkilatının ali təhsil və elm məsələləri üzrə regional meneceri Nikola Nirton və regional baxış və iştirak məsələləri üzrə meneceri Nilgün Felchnerin iştirak etdiyi görüşdə sözügedən Dövlət Proqramı, eləcə də qeyri-dövlət proqramı çərçivəsində icra olunan ikili diplom proqramlarının cari vəziyyəti, perspektivlər müzakirə olunub. Eyni zamanda gələcəkdə Böyük Britaniya universitetləri ilə Azərbaycanda olan ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının icrası ilə bağlı imkanlar nəzərdən keçirilib.

Görüşdə BMU ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti,  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ikili diplom proqramları üzrə məsul nümayəndələri də iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər