“Bakı Mühəndislik Universitetində (BMU) “Yay məktəbi”ndə iştirakım mənim üçün heyrətamiz vaxt oldu. İlk dəfədir ki, BMU tələbələrinə dərs deyirəm. Birlikdə bu dərslərdən zövq alır, çoxlu bilik və təcrübə əldə etmiş oluruq”.
Bu fikirləri BMU-da tədrisi Koreya Respublikası İNHA Universitetinin professor-müəllim heyəti tərəfindən aparılan 3 həftəlik “Yay məktəbi”nin müəllimi, İNHA Universitetinin Elektron mühəndilsliyi fakültəsinin professoru Kim Deok Hvan bildirib.
BMU və İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü ikili diplom proqramı çərçivəsində tələbələrə “Yaradıcı mühəndislik dizaynı” kursunu tədris etdiyini vurğulayan professor burada tələbələrə Arduino lövhəsindən yararlanmaqla, Python proqramlaşdırması və əsas kommutasiya elektrik mənbəyi haqda nəzəri biliklərin öyrədildiyini əlavə edib: “Bu, tələbələr üçün bir ilkdir, onların əvvəllər Arduino lövhəsi haqda məlumatları olmayıb. Mən onlara proqram təminatı və aparatı ilə birlikdə konfiqurasiya etməyi də öyrətdim”.
İctimaiyyətlə əlaqələr şöbəsi