“Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü ikili diplom proqramı çox yaxşıdır və düşünürəm ki, bu proqram hər iki universitet üçün faydalı olacaq”.
Bu fikirləri İNHA Universitetinin Elektrik mühəndilsliyi departamentinin professoru JaeHoon Jun bildirib.
BMU-da tədrisi Koreya Respublikası İNHA Universitetinin professor-müəllim heyəti tərəfindən aparılan 3 həftəlik “Yay məktəbi”nin Rəqəmsal məntiq sxemləri müəllimi olan JaeHoon Jun tələbələrə elektrik sxemlərinin məntiq kursunu öyrətdiyini deyib. O, BMU tələbələrinin təhsilə marağından razı qaldığını qeyd edib: “Ümid edirəm ki, BMU tələbələri çox yaxşı, beynəlxalq səviyyəli mühəndis olacaqlar”.
İctimaiyyətlə əlaqələr şöbəsi