İNHA Universitetinin professoru ikili diplom proqramı ilə bağlı təəssüratlarını bölüşüb

03 Avqust 2023
İNHA Universitetinin professoru ikili diplom proqramı ilə bağlı təəssüratlarını bölüşüb

 

“Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü ikili diplom proqramına əsasən, tələbələr 3 il BMU-da təhsil alır, bundan sonra Koreyaya mühəndislik ixtisası üzrə 1 il təhsil almaq üçün gəlirlər. Tələbələrə bir daha bu proqrama “Xoş gəlmisiniz” deyirəm”.

Bu fikirləri İNHA Universitetinin Elektrik mühəndilsliyi fakültəsinin professoru Kvangki Kim vurğulayıb.

BMU-da tədrisi Koreya Respublikası İNHA Universitetinin professor-müəllim heyəti tərəfindən aparılan 3 həftəlik “Yay məktəbi”nin Siqnallar və sistemlər fənninin müəllimi Kvangki Kim tədris etdiyi fənnin mahiyyətindən bəhs edib.

Professor BMU-İNHA İDP-nin II kurs tələbələrinə kurs müddətində sistem və siqnalları rizayi şəkildə düzgün çatdırmağın metodlarını izah etdiyini söyləyib: “Siqnalları hesablamaq və çevirmək üçün Meta, Python kimi hesablama metodlarından da istifadə edirik. Həmçinin, biz verilən impulsa cavabları hesablamaq üçün sistemləri və siqnalları riyazi üsullarrla neçə çevirməkdən istifadə edir, davamlı zaman və dikret zaman domenlərini öyrənirik. Öyrəndiyimiz əsas riyazi alətlər çevrilmələrdir”.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər