İNHA Universitetinin professor-müəllim heyəti BMU ilə tanış olublar

25 Aprel 2022
İNHA Universitetinin professor-müəllim heyəti BMU ilə tanış olublar

Ölkəmizdə səfərdə olan Koreyanın İNHA Universitetinin bir qrup professor-müəllim heyəti Bakı Mühəndislik Universitetinin (BMU) maddi-texniki bazası ilə tanış olublar.

BMU Texnoparkının baş mütəxəssisi Arif Nəcimov qonaqlara Texnopark, laboratoriyalar barədə məlumat verib.

Koreyalı qonaqlara universitetin fakültələri, ixtisasları haqqında da  ətraflı informasiyalar təqdim olunub.

Bununla yanaşı, nümayəndə heyəti BMU-nun müəllimləri və tələbələri ilə də görüşüb. 

 “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində artıq 2 ildir ki, BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında ikili diplom proqramı icra olunur. Proqram çərçivəsində İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektronika mühəndisliyi və Elektrik mühəndisliyi ixtisasları üzrə keyfiyyətli kadr hazırlığı həyata keçirilir.

Sözügedən proqram haqqında daha ətraflı məlumatı https://bit.ly/3MnYvqQ linkindən əldə etmək mümkündür.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər