“İkili diplom proqramının tələbələrinə böyük şans təqdim edilib”

19 May 2022
“İkili diplom proqramının tələbələrinə böyük şans təqdim edilib”

“İkili diplom proqramının tələbələrinə böyük şans təqdim edilib və bunu dəyərləndirmək hamının öz əlindədir”. Bu fikirləri Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın İNHA universitetinin birgə həyata keçirdiyi İkili Diplom Proqramının (İDP) tələbəsi Amani Sultanov bildirib.

Proqramın İnşaat mühəndisliyi ixtisasının 1-ci kurs tələbəsi təəssüratlarını bölüşərkən xatırladıb ki, tələbələr 4 il ərzində iki universitetdə təhsil alaraq iki diplom əldə etmək şansına malikdirlər.

A.Sultanov proqram çərçivəsində fənnlərin xüsusi seçilmiş müəllimlər tərəfindən tədris edildiyini, əksər müəllimlərin isə sırf BMU-İNHA İDP tələbələri üçün nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

Proqram tələbəsi ən çox sevdiyi fənlərdən birinin Koreya dilini olduğunu vurğulayıb: “Digər fənlər haqqında məlumatımız məktəb vaxtlarından var. Lakin Koreya dili hamımız üçün yenilikdir. Bununla yanaşı, digər dillərə nisbətən Koreya dilini bilən insanların say göstəricisi çox aşağıdır, bu da öz növbəsində insana özünü fərqli hiss etdirir”.

A.Sultanov proqramın digər üstünlüklərindən də danışıb: “Üzücü bir faktdır ki, əksər tələbələr təhsil aldığı ixtisasla öz gələcək həyatlarını əlaqələndirə bilmirlər, gələcəkləri üçün narahatdırlar. Bu nöqteyi-nəzərdən proqram tələbələri olaraq gələcəyimizdən narahat deyilik. Əgər bu proqramı uğurla bitirə bilsək, 2 xarici dil və beynəlxalq təhsil ilə daha geniş imkanlarla təmin edilmə şansımız olacaq”.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər