İkili diplom proqramının tələbələri geniş iş imkanlarına malik olurlar

31 İyul 2023
İkili diplom proqramının tələbələri geniş iş imkanlarına malik olurlar

“Geniş iş imkanları ilə yanaşı, ikili diplom proqramının əsas üstünlüyü odur ki, tələbələr “Yay məktəbi”ni Koreyada keçir, eyni zamanda Koreyadan gələn yüksək səviyyəli professor-müəllim heyəti BMU-da təşkil olunan “Yay məktəbi”ndə tələbələrə bir çox fənləri tədris edirlər”.

Bu fikirləri Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü, ikili diplom proqramının Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasının müəllimi Cavid Ədilov bildirib.

C.Ədilov proqrama görə, tədrisin 3 ilinin BMU-da, 1 ilinin isə İNHA Universitetində həyata keçirildiyini, sonda tələbələrin iki ali təhsil ocağının diplomlarını əldə etdiyini nəzərə çatdırıb.

Müəllim sözügedən ixtisaslar üzrə laboratoriya dərslərini tədris etdiyini, BMU-da Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə laboratoriyaların ən müasir avadanlıqlarla təchiz olunduğunu qeyd edib: “Müasir dövrümüzdə elektrikə artan tələbat Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisaslarına da tələbatı aktuallaşdırır. Bu sahə üzrə dərslər mühazirə, məşğələ və laboratoriya şəraitində keçirilir. Tələbələr burada nəzəriyyə ilə yanaşı, praktiki biliklərə də yiyələnirlər”.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər