İkili diplom proqramına əlavə sənəd qəbulu haqqında seminar keçiriləcək

18 Dekabr 2020
İkili diplom proqramına əlavə sənəd qəbulu haqqında seminar keçiriləcək

Koreya Respublikasının İnha Universiteti və Bakı Mühəndislik Universiteti (BMU) arasında birgə təşkil edilən ikili diplom proqramına əlavə sənəd qəbulu və onlayn daxili imtahan müsabiqəsi haqqında seminar keçiriləcək.

Onlayn formada təşkil olunacaq seminarın əsas məqsədi ikili diplom proqramının Elektrik mühəndisliyi və İnşaat mühəndisliyi ixtisaslarına əlavə qəbul, sənədləşdirmə və təhsil modeli haqqında ətraflı məlumat vermək, həmçinin iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırmaqdır.

Tədbir 21 dekabr 2020-ci il tarixində saat 14.00-da https://www.facebook.com/iro.beu.edu.az feysbuk səhifəsi üzərindən canlı olaraq yayımlanacaq. İkili diplom proqramı və əlavə qəbulla maraqlanan şəxslər seminara qatıla bilərlər.

Seminarın məruzəçiləri BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov, İnha Universitetinin Beynəlxalq əlaqələr üzrə dekanı və Qlobal təhsil layihə idarəetmə qrupunun dekan müavini Dr. Jungho Kim, Qlobal təhsil layihə qrupunun qrup rəhbəri cənab Hyun-Jin Yang və Dövlət Proqramı İdarəetmə Qrupun (DPİQ) nümayəndələri olacaq. 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər