“İkili diplom proqramı imkan verir ki, tələbələr müasir tələblərə cavab verən mühəndislər kimi yetişsinlər”

28 İyul 2023
“İkili diplom proqramı imkan verir ki, tələbələr müasir tələblərə cavab verən mühəndislər kimi yetişsinlər”

“Azərbaycan bütün iqtisadi göstəricilərinə görə hazırda çox sürətlə inkişaf edən bir dövlətdir. Belə bir dövlət üçün yüksəkixtisaslı mütəxəssislərə, mühəndislərə ehtiyac var. Xüsusilə də Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi müasir dövrün ən tələbat duyulan ixtisaslarıdır. Bakı Mühəndislik Universitetində həyata keçirilən İkili diplom proqramı imkan verir ki, burada təhsil alan tələbələr müasir tələblərə cavab verən mühəndislər kimi yetişsinlər”.

Bu fikirləri Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü, ikili diplom proqramının Elektronika mühəndisliyi ixtisasının müəllimi, fikiza-riyaziyyat elmləri doktoru, professor Vəli Hüseynov bildirib.

Professor 2020-ci ildən etibarən BMU-da Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə ingilis dilində mühazirə, seminar və məşğələlər apardığını bildirib. “Bu ixtisasları seçən tələbələr həm ingilis, həm Koeya dilini öyrənir. Burada tələbələr beynəlxalq standartlara uyğun – BMU və İNHA-nın sinxronlaşdırılmış tədris proqramları əsasında təhsil alırlar”,-deyən V.Hüseynov proqramın digər üstün cəhətlərini də vurğulayıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər