“Bizə unudulmaz anlar yaşadan ikili diplom proqramının ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətarlığımı bildirirəm”. Bu fikri Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü proqramı üzrə İnşaat mühəndisliyi ixtisasında təhsil alan III kurs tələbəsi Aysel Həsənova bildirib.
Proqram çərçivəsində Cənubi Koreyada təşkil olunmuş “Yay məktəbi”ndə iştirakı ilə bağlı təəssüratlarını paylaşan tələbə həmin ölkənin tarixi və mədəniyyəti, İNHA Universiteti, təhsil müəssisəsinin akademik heyəti ilə yaxından tanış olduqlarını, səfərin fərqli və unudulmaz xatirələrlə yadda qaldığını vurğulayıb: “Mənim üçün unudulmaz anlardan biri də Kyonbokkun sarayına səfərimiz olub. Biz Koreyanın milli geyimində sarayı və muzeyləri, həmçinin ölkənin bir çox məşhur yerlərini gəzmişdik”.
İctimaiyyətlə əlaqələr şöbəsi