İDP çərçivəsində BMU-nun professor-müəllim heyəti üçün Koreyada təlimlərə başlanılıb

13 İyul 2022
İDP çərçivəsində BMU-nun professor-müəllim heyəti üçün Koreyada təlimlərə başlanılıb

Bakı Mühəndislik Universitetinin (BMU) professor-müəllim heyəti üçün Cənubi Koreyanın İNHA Universitetində ilk təlimlərə start verilib. BMU ilə İNHA Universitetinin birgə həyata keçirdiyi ikili diplom proqramına (İDP) uyğun olaraq baş tutan təlimlərdə universitetdə İnformasiya texnologiyaları ixtisasını tədris edən 7 müəllim (Etibar Seyidzadə, Asif Qanbayev, Əhməd Əhmədzadə, Əli Həsənov, Gülbikə Zahidova, Xəyalə İbrahimova, Rasim Mahmudov) iştirak edir.

Məlumat üçün bildirək ki, bu qəbildən olan təlimlərin keçirilməsi  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının əsas komponentlərindən biridir. Təlimlər qarşılıqlı təcrübə mübadiləsini reallaşdırmaq, BMU-nun professor-müəllim heyəti üçün xüsusi təhsil proqramını təmin etmək, onların bilik və bacarıqlarının adıçəkilən universitetin təhsil təcrübəsi, həmçinin təcrübəli professorları vasitəsilə daha da inkişaf etdirilməsinə nail olmaq məqsədi daşıyır.

6 həftə davam edəcək təlimlərin avqustun 19-da yekunlaşması nəzərdə tutulur.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər