BMU-nun rektoru “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının prezidenti ilə görüşüb

08 İyun 2022
BMU-nun rektoru “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının prezidenti ilə görüşüb

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov “Azərbaycan-İsrail” (Azİz) Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak ilə görüşüb.

Rektor Havar Məmmədov universitetin tarixi, tədris sistemi və zəngin maddi-texniki bazası haqqında qonağa ətraflı məlumat verib. BMU-nun beynəlxalq əlaqələrindən söz açan rektor BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramından ətraflı bəhs edib, həmçinin  xarici universitetlərlə mövcud olan əməkdaşlıqlardan danışıb.

Assosiasiyasının prezidenti Lev Spivak səmimi qəbula görə rektora təşəkkürünü bildirib.

Görüş zamanı BMU ilə İsrail universitetləri arasında əlaqələrin qurulması, professor-müəllim heyəti və tələbə mübadiləsi, ikili diplom proqramları, həmçinin elmi-tədqiqat proqramlarına qoşulma məsələləri ətrafında geniş müzakirələr aparılıb.  

Qeyd edək ki, yaxın zamanda BMU ilə İsrailin bəzi universitetləri arasında əməkdaşlıq haqqında memorandumun bağlanması nəzərdə tutulur.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər