Bakı Mühəndislik Universitetinin (BMU) 16 nəfərlik professor-müəllim heyəti təlimlərə qatlmaq üçün Koreya Respublikasına yola düşüb.
Koreyanın İnçon şəhərində keçirilən təlimlər BMU ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (İDP) əsas komponentlərindən birini təşkil edir.
10 iyul - 18 avqust tarixlərini əhatə edəcək 6 həftəlik təlimlərdə BMU-nun Elektrik mühəndisliyi və İnşaat mühəndisliyi ixtisasları üzrə tədrisi həyata keçirən professor-müəllim heyəti iştirak edir.
İctimaiyyətlə əlaqələr şöbəsi