Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları Koreya Respublikasının İNHA Universitetində keçirilən seminarda məruzə ilə çıxış ediblər.
Seminarda BMU-nun Riyaziyyat kafedrasının müdiri, professor Rakib Əfəndiyevin “Potensialı periodik, kompleks qiymətli olan Şredinger operatorunun ulduz qraflarda spektral analizi və tərs məsələnin həlli”, kafedranın doktorantı Davud Orucovun isə “Artan potensiallı birölçülü Şredinger tənliyinin tədqiqi” mövzusunda məruzələri maraqla qarşılanıb.
İNHA Universitetinin Riyaziyyat kafedrasının müdiri, professor Hyundae Linin rəhbərlik etdiyi seminarda digər məruzələrdən sonra səsləndirilən mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, BMU əməkdaşları iki ali təhsil ocağı arasında icra olunan beynəlxalq ikili diplom proqramı çərçivəsində Koreyanın İnçon şəhərinə baş tutan səfər çərçivəsində seminara qatılıblar. Proqramın əsas komponentlərindən biri də qarşılıqlı təcrübə mübadiləsini reallaşdırmaq, professor-müəllim heyəti üçün xüsusi təhsil proqramını təmin etmək, onların bilik və bacarıqlarının adıçəkilən universitetlərin təhsil təcrübəsi, həmçinin təcrübəli professorları vasitəsilə daha da inkişafına nail olmaqdır.
İctimaiyyətlə əlaqələr şöbəsi