Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının (Cənubi) İNHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə birgə gerçəkləşdirilən ikili diplom proqramının (İDP) icra vəziyyəti ilə bağlı monitorinqlər (4-6 dekabr) keçirilir.
Monitorinqin ilk günündə 2022/2023-cü tədris ilində proqrama qəbul olunmuş tələbələrin biliyinin ekvivalentlik qiymətləndirilməsi məqsədilə iki istiqamət - fizika və riyaziyyat fənləri üzrə imtahan təşkil olunub.
Qeyd edək ki, İNHA Universitetinin Qlobal Təhsil Layihəsi Qrupu İDP-nin icra vəziyyəti ilə bağlı monitorinqlərin aparılması məqsədilə ölkəmizdə səfərdədir.
Nümayəndə heyətinin tərkibində Layihə Qrupunun dekanı Min Kyung Jin, dekan müavini Shim Sang Eun, həmçinin İNHA Universitetinin digər professorları-Shin Paik Kyun, Yoon Kvang Sub, Oh Beom-Hoan, Shin Do Hyoung, universitetin əməkdaşları Mun Soo Hvan, Kim Yong Min yer alır.
Hazırda BMU-İNHA İDP çərçivəsində informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi və inşaat mühəndisliyi ixtisasları üzrə ümumilikdə 386 tələbə təhsil alır. Onlardan 61 tələbə İNHA Universitetində 4-cu kursda təhsillərini davam etdirir.
İctimaiyyətlə əlaqələr şöbəsi